Bakıda kişi kimyəvi maddə içərək ölüb.

Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə kimyəvi maddə içib. Nəticədə zəhərlənən kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə rəğmən Sergey Dmitrakov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info