Bakıda 45 yaşlı kişi sirkə turşusu içərək ölüb.

Leqal.info xəbər verir ki, hadisə Xətai rayonu, M. Hadi küçəsi ev 87 ünvanında baş verib.

1979-cu il təvəllüdlü Rüfət Məmmədov yaşadığı evdə sirkə turşusu içib. Həmin şəxs xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info