Sədərək rayonunda yük maşını aşıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qaraağac yolunda qeydə alınıb. Belə ki, Eldəniz Nağıyevə məxsus hərəkətdə olan 77-EC-439 nömrəli yük maşını idarəetməni itirib və yol kənarında yerləşən dərəyə aşıb. Xəsarət alan yoxdur, lakin avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info