Hacıqabulda yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində baş verib.

Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişinlər isə yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info