Qaxda "KamAZ" markalı yük maşını aşıb.

Leqal.info xəbər verir ki, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən 27-ci kilometrliyində qeydə alınıb

Balakən rayon Mahmalar kənd sakini 70 yaşlı Canov Məhəmməd oğlu Canıyev idarə etdiyi “KamAZ” markalı, 08-BC-536 dövlət nömrə nişanlı yük maşını ilə Şəki rayonundan Qax rayonu istiqəmətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çökəkliyə aşırıb. Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilən C. Caniyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info