Goranboyda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində baş verib.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilən 1992-ci il təvəlüdlü Aynisə Məmmədova və onun azyaşlı övladının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info