Sumqayıtda 43 yaşlı kişi tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə 34-cü məhəllə ərazisində baş verib.

Şəhər sakini 1981-ci il təvəllüdlü Zaur İslam oğlu İbrahimov aralarında baş verən münaqişə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Z. İbrahimov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info