Gəncədə iki nəfər bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü S.Məsimov ayağından, 1995-ci il təvəllüdlü E.Əsgərov isə qolundan bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata əsasən, sözügedən şəxslər dava zamanı bıçaq xəsarəti alıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info