Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Leqal.info xəbər verir ki, hadisə şəxsi münasibətlər zəminində olub.

1987-ci il təvəllüdlü Əsgərov İlqar Firuddin oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info