Martın 26-da Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalması nəticəsində aldığı xəsarətlərdən ölüb.

Leqal.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Leqal.info