Qəbələ sakinini ilan sancıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Böyük Əmili kəndində baş verib.

Kənd sakini 2004-cü il təvəllüdlü Salahov Uğur Müşfiq oğlu həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.

Leqal.info