Naxçıvan sakinini əqrəb sancıb.

Leqal.info xəbər verir ki, hadisə Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaraçuq kəndində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Zeynalov Nazim Nağı oğlunu əqrəb sancıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Nazim Zeynalovun vəziyyəti orta-ağır qiymətləndirilir.

Elvin Mahmudlu
Leqal.info