Şirvanda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Şirvan Şəhər Təcili Yardım Məntəqəsinin yaxınlığında qeydə alınıb.

Velosipedlə hərəkətdə olan Şirvan sakini, 1972-ci il təvəllüdlü Məmmədov Vüsal Süleyman oğlunu avtomobil vuraraq ağır yaralayıb.

Sözügedən şəxs müxtəlif xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info