Şirvanda avtomobil velosipedçini vurub.

Leqal.info xəbər verir ki, hadisə Şirvan şəhərinin dəmir yolu vağzalının qarşısında qeydə alınıb. BMW markalı avtomobil velosipedlə hərəkətdə olan Şirvan sakini 1967-ci il təvəllüdlü Qorxmaz Ağasən oğlu Quliyevi vurub.

Velosipedçi ağır kəllə-beyin travması ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info