Bakıda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbədə yerləşən “İl” marketin qarşısında Xəlilov Elnur Hüseyn oğluna naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.

O, Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Elvin Mahmudlu
Leqal.info