Ağsuda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qaşəd kəndində baş verib.

Hadisə nəticəsində kənd sakini 2002-ci il təvəllüdlü Allahverdiyev Qadir həmkəndlisi 2002-ci il təvəllüdlü Mehdiyev Ümidə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə şübhəli bilinən Q.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb, müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info