Sumqayıtda 68 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə 6-cı mikrorayonda baş verib.

Sumqayıt şəhər sakini, 1956-cı il təvəllüdlü Nəcəfov İsmayıl Mayis oğlunun meyiti yaşadığı evdə aşkar edilib.

Meyit aidiyyatı üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info