Goranboyda avtomobil piyadanı vurub.

Leqal.info xəbər verir ki, hadisə rayonun mərkəzində baş verib.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü N.Ələkbərovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, onun vəziyyəti kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info