Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Göygöl şəhərinin Azay Kazımov küçəsində baş verib.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən, 1979-cu il təvəllüdlü Elçin Bağırovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info