Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxılıb.

Leqal.info xəbər verir ki, Quba rayon sakini 1980-ci il təvəllüdlü Vüqar Cəmayev Kəlbəcər rayonu ərazisində yerləşən yaşayış binasının 4-cü mərtəbəsində işləyən zaman yıxılıb. O dərhal xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Məlumata əsasən, Vüqar Cəmayev Kəlbəcərdə yaşayış binasında usta işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info