Goranboyda bədbəxt hadisə olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıq nəticəsində sexdə olan xəndəyə yıxılıb.

50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info