Rusiya mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşü alqışlayır.

Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yardımı davam etdirməyə hazırdır.

"Xatırladım ki, aprelin 21-də Moskvada Rusiya və Azərbaycan prezidentləri arasında danışıqlar keçirilib. Bu gün isə Rusiya prezidenti ilə Ermənistan Baş naziri arasında görüş keçiriləcək. Bu danışıqlarda Cənubi Qafqazda sülhün, sabitliyib və təhlükəsizliyin təmin edilməsi məsələsi gündəmdə olacaq", deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Leqal.info