Leqal.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Biz qeyd edilən təmasların yaxın aylarda baş tutacağını gözləyirik”, - o qeyd edib.
Rusiya XİN sözçüsü vurğulayıb ki, Azərbaycanla Ermənistan arasında barışıq prosesi humanitar sahəni də əhatə etməlidir: “Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2022-ci il oktyabrın 31-dəki üçtərəfli bəyanatında qeyd olunduğu kimi, ictimaiyyət nümayəndələri, ekspertlər, Azərbaycan və Ermənistanın dini liderləri arasında danışıqkarın davam etdirilməsi üçün Rusiyanın yardımı ilə müsbət ab-havanın yaradılması vacibdir”.
Elvin Mahmudlu
Leqal.info