Salyanda yük maşınının altında qalan usta ölüb.

Leqal.info xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.

Salyan sakini, 1986-cı il təvəllüdlü Sadıqov Vüsal Seyidməmməd oğlu yük maşınını təmir edən zaman həmi navtomobili digər avtomobil vurub. Qəza nəticəsində təmir etdiyi avtomobil üzərinə düşən Vüsal Sadıqov ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info