Salyan rayonunda ağır yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Hyundai” markalı avtomobil minik maşını ilə toqquşub. Qəza nəticəsində Bakı şəhər sakini 2009-cu il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu ölüb.

2014-cü il təvəllüdlü Həsənli İsmayıl Təbriz oğlu, 2018-ci il təvəllüdlü Həsənli Ağakərim Təbriz oğlu, 2022-ci il təvəllüdlü Həsənli Zəhra Təbriz qızı, 1960-cı il təvəllüdlü Həsənova Nəzakət Xeyrulla qızı, 2012-ci il təvəllüdlü Qasımova Cığatel Ayaz qızı, , 1996-cı il təvəllüdlü Həsənova Fatma Ceyhun qızı isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info