Sumqayıtda fəhlə iş zamanı yanıb.

Leqal.info xəbər verir ki, hadisə "Tuqzavod" adlanan ərazidə yerləşən zavodda baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Şiriyev Hamlet Elxan oğlu müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.

H. Şiriyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info