Sumqayıtda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, Hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Məstəliyev Zamil Xanlar oğlunun idarə etdiyi "Chevrolet" markalı avtomobil piyada, 1983-cü il təvəllüdlü Beyzadi Nazim Əşrəf oğlunu vurub.

Piyada dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info