Ağdamda avtomobil yanıb.

Leqal.info xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Rayon sakininin idarə etdiyi "VAZ-21015" markalı, 10 NS 315 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarına aşıb. Bundan sonra maşında yanğın başlayıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub, yanğın söndürüıüb. Sürücü müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Leqal.info