Zaqatalada maşın ağaca çırpılıb, xəsarət alan var.

Leqal.info xəbər verir ki, hadisə Zaqatala-Yuxarı Çardaqlar avtomobil yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hikmət Davudovun idarə etdiyi Mersedes markalı 77 GR 938 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolunun kənarındakı ağaca çırpılıb. Daha sonra avtomobil daş hasara çırpılıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info