Sabunçuda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1971-ci il təvəllüdlü Səlimov Natiq Rafiq oğlu idarə etdiyi "Hyundai Santafe" markalı avtomobillə hərəkətdə olan piyada 1951-ci il təvəllüdlü Rzayeva Qətibə Yusifəli qızını vurub. Piyada hadisə yerində ölüb.

Səlimov Natiq Rafiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info