Bakıda piyadanı avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Polad Cahangirovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil 1995-ci il təvəllüdlü Sadiq Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info