Sumqayıtda mənzildə 59 yaşlı kişi meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə “Yaşıldərə” adlanan yaşayış massivində baş verib.

1965-ci il təvəllüdlü Xanoğlan Əvəz oğlu Məmmədovun meyiti yaşadığı fərdi evdə aşkar olunub.

Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info