Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, rayonun Bakı prospektində, 1988-ci il təvəllüdlü Asif Ziyad oğlu İsmayılov idarə etdiyi "FORD" markalı mikroavtobusla geriyə hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Asif Ağa oğlu İsrafilovu vurub.

Zərərçəkən Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da o dünyasını dəyişib. Məlumata əsasən, A. İsrafilov rayon avtovağzalının müdiri vəzifəsində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info