Masallıda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi "Hyundai Azero" markalı avtomobillə rayonun Yeddioymaq kəndi ərazisində hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub.

Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info