Sabunçu rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Zabrat qəsəbəsi istiqamətində baş verib.

"Tofaş Şahin" markalı avtomobil yolu keçən piyada Fətəliyev Kamil Rəşid oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Elvin Mahmudlu
Leqal.info