Beyləqanda yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

Belə ki 1962-ci il təvəllüdlü İsgəndərova Mehriban Yasəf qızının idarə etdiyi "Xəzər" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı kanala düşüb.

Hadisə nəticəsində sürücü və onun sərnişini 1948-ci il təvəllüdlü Həşimova Zəhra Murtuza qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı Beyləqan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info