Göygöldə yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "MAN" markalı yük maşını ilə "KamAZ"markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət alan Bakı şəhər sakini 1970-ci il təvəllüdü Bəhram Zərbəliyev və Göygöl rayon sakini 1967 -ci il təvəllüdlü Əflatun Hacıyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info