Kürdəmirdə yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. Kombaynla "Ford" markalı maşın toqquşub. İlkin məlumata əsasən, hadisə zamanı "Ford"un sürücüsü Göyçay rayon sakini, 1966-cı il təvəllüdlü Namiq Mahmud oğlu Həsrətov xəsarət alıb. O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info