Leqal.info xəbər verir ki, 34 yaşlı T. Qurbanov üz və əl nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti normal olaraq qiymətləndirilir.
Araşdırma zamanı məlum olub ki, hadisəni 1985-ci il təvəllüdlü V. Yaqubov törədib. O, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info