Bakı-Quba yolunda TIR sürücüsü olan türk vətəndaşı sükan arxasında ölüb.

Leqal.info xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt ərazisindən keçən hissəsində baş verib.

Türk vətəndaşı olan 1966-cı il təvəllüdlü Orhan Yıldırım Kazım oğlu yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib.

Sürücü yük avtomobilini saxladıqdan sonra dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info