Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə magistralın Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

Minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində 1966-cı il təvəllüdlü Əliyev İlham Dağbəyi oğlu, 979-cu il təvəllüdlü Məhərrəm Həsənov və 2006-cı il təvəllüdlü İsbat Səlimov dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Elvin Mahmudlu
Leqal.info