Şəmkir rayonunun Düyərli kəndində yanğın olub.

Leqal.info FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 220 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 120 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Leqal.info