Şəmkirdə bədbəxt hadisə olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Könüllü kəndində baş verib.

Kənd ərazisində 3 nəfəri elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Məlumata əsasən, həmin şəxslərin küçədə apardıqları nərdivan elektirk naqillərinə toxunub və onları cərəyan vurub.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info