Sumqayıtda yük avtomobili yanıb.

Leqal.info xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

1996-cı il təvəllüdlü Orxan Ümid oğlu Qasımova məxsus “Mercedes” markalı yük avtomobili tamamilə yanıb.

Hadisə yerinə FHN-nin DYMX-nin qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info