Leqal.info xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Babək məhəlləsində baş verib. Belə ki, Əzimov Nurəddin Əli oğlunun idarə etdiyi 67-BB-955 dövlət nömrə nişanlı "Ford" markalı avtomobil yolu keçən Naxçıvan şəhər sakini, 1955-ci il təvəllüdlü Həşimova Fatma Kazım qızını vurub. Xəsarət alan Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılsa da, o dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info