Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə bu gün şəhərin mikrorayon ərazisində baş verib. 75-BL-777 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Naxçıvan şəhər sakini Əliyev Çərkəz Əli oğlunu vurub.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə çatdırılan yaralının vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Elnurə Fərhadqızı
Leqal.info