Gəncədə yol qəzası olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı maşınla “İsuzu” markalı sərnişin avtobusu toqquşub.

Qəza zamanı avtobusda olan 3 sərnişin - 1966-ci il təvəllüdlü Ç. Babayeva, 2005-ci il təvəllüdlü N. İbrahimova və 1968-ci il təvəllüdlü S. Fərzəliyeva xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info