Gəncədə yol nəqliyyat hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə Gəncə qapıların yaxınlığında baş verib.

Hərəkətdə olan iki "Mercedes" və "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəzadan sonra avtomobillər yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəsarət alanlar 2002-ci il təvəllüdlü Murad Dadaşov və Mürsəl Nəzərovdur.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info