Goranboyda bıçaqlanma hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə rayonun Qazanbulaq qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini 2000-ci il təvəllüdlü İsmayıl Süleymanov Qazanbulaq qəsəbəsi ərazisində münaqişə zəminində qonşusu 1981-ci il təvəllüdlü Vahid Nağıyevə bıcaqla xəsarət yetirib.

V. Nağıyev Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Leqal.info