Leqal.info xəbər verir ki, 37 yaşlı Türkiyə vətəndaşı Faruk Dinçin idarə etdiyi "Volvo" markalı yük avtomobili qəfil alışıb. Alov qısa zamanda nəqliyyat vasitəsinin qoşqusunu da əhatə edib. Əraziyə FHN-nin əməkdaşları cəlb olunub, yanğın məhdudlaşdırılıb.
Hadisə zamanı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info